Qax sakinini ilan sancıb

8 İyun 2015 01:57 (UTC+04:00)

Qaxda 43 yaşlı kişini ilan sancıb.

APA-nın məlumatına görə, rayonun Güllük kənd sakini, 1972-ci il təvəllüdlü Bədrəddin Həsrət oğlu Novruzov yaşadığı evin həyətyanı sahəsində ot çalarkən onu ilan sancıb.

Bədrəddin Novruzov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.