Türkiyə Prezidenti ilə Baş nazirin görüşü təxirə salınıb

9 İyun 2015 09:36 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Əhməd Davudoğlunun bazar ertəsinə təyin edilən görüşü təxirə salınıb.

Trend bu barədə “Milliyet” qəzetinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, görüş çərşənbə axşamına keçirilib.