Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Bakıya gəlib

11 İyun 2015 00:27 (UTC+04:00)

Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 10-da Azərbaycana gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda şeyx Əhməd əl-Fahad Əl-Sabahı “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.