Vergilər Nazirliyi tapşırığa 101,6 faiz əməl edib

11 İyun 2015 22:07 (UTC+04:00)

2015-ci ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 848 milyon 882,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,6 faiz əməl edilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, qeyri neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 905 milyon 879,0 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz çoxdur.

Ümumi vergi daxilolmalarında qeyri neft-qaz sektorunun xüsusi çəkisi 66,9 faiz təşkil edir.