Beynəlxalq Olimpiya Komitəsinin prezidenti də Azərbaycandadır

11 İyun 2015 22:27 (UTC+04:00)

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Tomas Baxı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.