"Milan"ın yeni baş məşqçisi müəyyənləşdi

16 İyun 2015 23:17 (UTC+04:00)

Filipo İnzagi ilə yollarını ayıran "Milan"ın yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf.com-un verdiyi xəbərə görə, komandanı Sinişa Mihayloviç çalışdıracaq.

Milan təmsilçisi daha öncə "Real"dan ayrılan Karlo Ançelottini baş məşqçi vəzifəsinə gətirməyi planlaşdırırdı. Lakin Ançelotti bu təklifi rədd etdiyi üçün "Milan" klubunun rəhbərliyi Mihayloviçlə anlaşıb. 46 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mihayloviçin son komandası "Sampdoriya" klubu olub.

Nihad