Azərbaycanlı atlet 8-ci yeri tutdu – CANLI YAYIM

18 İyun 2015 20:10 (UTC+04:00)

Bakı Su İdman Mərkəzində I Avropa Oyunları çərçivəsində keçirilən suya tullanma yarışlarının final mərhələsinə start verilib.

Teleqraf.com xəbər verir ki, kişilərin 1 metr tramplin üzərindən tullanma yarışlarında 12 ölkə təmsilçisi iştirak edir.

Azərbaycan təmsilçisi Danilov Artyom artıq ilk çıxışını edib.

***

20.10 Teleqraf.com-un məlumatına görə, kişilərin 1 metr tramplin üzərindən tullanmadan final mərhələdə çıxışından sonra qızıl medala Rusiya təmsilçisi Şleyker Nikita, gümüş medala digər rusiyalı atlet Molçanov İlia layiq görülüb. Bürünc medal isə Böyük Britaniyalı idmançısı Hitli Ceyms sahib çıxıb.

Azərbaycanlı atlet Danilov Artyom 8-ci yeri tutub.

Qeyd edək ki, iştirakçılar hər biri ümumilikdə 1 metr tramplin üzərindən 5 dəfə suya tullanacaqlar.

Rüstəm