Diskotekada partlayış: 1 ölü, 228 yaralı - VİDEO

27 İyun 2015 23:45 (UTC+04:00)

Tayvanın Sinbey şəhərində diskotekada baş verən partlayış nəticəsində zərərçəkənlərin sayı 228 nəfərə çatıb. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Sinxua agentliyinin məlumatında bildirilir.

Xəbərə görə, 80 nəfər ağır yanıq xəsarəti alıb. Hadisə yerinə 50 təcili tibbi yardım maşını gəlib. Bildirilir ki, diskotekada rəqs zamanı ağ tüstü yayılıb. Tüstü rəqs edənləri bürüdükdən sonra bir anda partlayış baş verib. Yaranan alov dalğası diskoteka rəqs edən 100-dən artıq adamın yanıq xəsarəti almasına səbəb olub. Zalda təşviş yaranıb və bir çoxları kənara qaçaraq özün suya atıb.

Hadisə yerində araşdırma aparılır. Hələlik partlayışa səbəb olan maddənin nədən ibarət olduğu araşdırılır. İlkin versiyaya görə, faciənin səbəbi pirotexniki şoudur.

Nihad