“Taliban” hərbi karvana hücum etdi: 11 ölü, 6 yaralı

29 İyun 2015 15:01 (UTC+04:00)

“Taliban” terror qruplaşması Əfqanıstanın Herat əyalətində hərbi karvana hücum edib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, hadisə zamanı 11 əsgər həyatını itirib, 6-sı isə yaralanıb.

Hücum zamanı terrorçular çoxlu sayda silah ələ keçirib.

Samir