Azərbaycan Ordusunun polkovniki özünü asdı

7 Aprel 2014 15:12 (UTC+04:00)

Azərbaycan Ordusunun zabiti intihar edib. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayon ərazisindəki hərbi şəhərcikdə qeydə alınıb.

Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Malıyev yaşadığı evdə özünü asıb.

Hadisə yerində rayon Prokurorluğunun əməkdaşları gəlib.

İntiharın səbəbləri araşdırılır.

APA