Universitetin sabiq müəllimi axtarışa verildi

1 İyul 2015 16:17 (UTC+04:00)

Təfəkkür Universitetinin sabiq müəllimi Riyad Mahir oğlu Əliyev axtarışa verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Bakı şəhər Baş Polis İdarəsinin rəsmi internet səhifəsində yer alıb.

Məlumata görə, 1975-ci il təvəllüdlü Riyad Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə axtansa verilib.

Qeyd edək ki, Riyad Əliyev Təfəkkür Universitetinin təsisçisi kimi tanınır. O, məhkəmənin çağırışlarından yayınaraq ölkdən qaçdığı ehtimal olunur.

Hacı Zeynalov