"Atletiko" Arda Turanın yerinə görün kimi transfer edir

1 İyul 2015 22:35 (UTC+04:00)

Ukrayna yığmasının futbolçusu Yevgeniy Konoplyanka yaxın müddətdə "Atletiko" ilə müqavilə imzalayacaq.


Teleqraf.com xəbər verir ki, bu barədə FcDnipro.com məlumat verib. Dünən "Dnepr"lə müqaviləsi bitən 25 yaşlı futbolçu artıq bir neçə gündü ki, Madridin bahalı rayonu olan La Moraleydə yaşayır.

Məlumata görə Konoplyanka "Atletikoda" "Çelsi"yə keçməyə yaxın olan Arda Turanı əvəz edəcək.

Bir müddət əvvəl futbolçunun "Tottenhem"lə razılığa gəldiyi yazılsa da, bu, rəsmi təsdiqini tapmadı.

Rüstəm