OMON-un binası uçdu, xəsarət alanlar var - FOTOLAR

4 İyul 2015 13:11 (UTC+04:00)

Rusiya federasiyasının Novqorod şəhərində 3 mərtəbəli bina uçub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, uçan bina OMON-un idman zalı olub.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, idman zalının uçması 3 nəfərin ölümünə, 1 nəfərin yaralanmasına səbəb olub. Yaralı şəxs xəstəxanaya çatdırılıb, lakin dağıntılar altında daha 2 nəfərin qaldığı iddia edilir. Hadisə yerində xilasedicilər və tibb işçiləri çalışır.

OMON-un idman zalının uçma səbəbləri hələ də bəlli deyil.