Çində ayaqqabı fabriki çökdü: 9 ölü

5 İyul 2015 21:10 (UTC+04:00)

Çinin Çjetszyan əyalətində ayaqqabı fabriki çöküb.

Sinxua agentliyinin məlumatına görə, hadisə baş verən zaman fabrikdə çalışan 51 işçidən 9-u xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Hazırda 42 nəfərin dağıntılar altından xilas edilməsi ilə bağlı işlər görülür.