Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

5 İyul 2015 23:51 (UTC+04:00)

Sabunçu rayonunda 1 nəfər dənizdə (nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaş Nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Xəzər rayonunda da dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşən vətəndaş Nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.