Bakıda 16 yaşlı qız özünü binadan ataraq intihar edib

6 İyul 2015 09:49 (UTC+04:00)

Bakıda 10-cu sinif şagirdi özünü binadan ataraq ölüb.

Bakının Xətai rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, Xətai rayon sakini 1999-cu il təvəllüdlü Gülnar Vəliyeva yaşadığı 9 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.