Ronaldo əsəbləşdi, studiyanı tərk etdi - VİDEO

6 İyul 2015 19:36 (UTC+04:00)

"Real"ın hücumçusu Kriştiano Ronaldo yenidən diqqət mərkəzinə düşüb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu reportaj əsnasında komanda yoldaşı Serxio Ramosla bağlı verilən suala əsəbləşərək studiyanı tərk edib.

Yeni baş məşqçisi Rafael Benites haqda fikirlərini bildirən və "Liverpul"un əfsanəsi Stiven Cerardın Amerikaya getməsini dəyərləndirən Ronaldo komanda yoldaşı Serxio Ramosun "Mançester Yunayted"ə keçəcəyi iddiası ilə bağlı verilən sualı cavabsız qoyub. Qısaca olaraq "bilmirəm, bilmirəm" - deyən Ronaldo studionu tərk edib.