ABŞ Əfqanıstana hücum etdi: 49 ölü

7 İyul 2015 13:06 (UTC+04:00)

ABŞ-ın pilotsuz təyyarələri Əfqanıstanda İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı əməliyyat keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücumlar zamanı 49 terrorçu öldürülüb. Təyyarələr əsasən ölkənin şərqindəki Nanqarhar bölgəsindəki İŞİD mövqelərini hədəf alıb.

Əməliyyatda yerli qüvvələr qurudan dəstək verib. Döyüşlərdə 37 hərbiçi həyatını itirib.

Samir