Ağır qəza törədən sürücüyə 7 il cəza verildi

7 İyul 2015 17:34 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Emin Elçin oğlu Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Emin Nəzərov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Emin Nəzərov Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov