Millət vəkili: "Ukraynanın sevinci-sevincimizdir"

26 May 2014 18:26 (UTC+04:00)

Azad Demokratlar Birliyinin sədri, millət vəkili Əli Məsimli Ukraynadakı prezident seçkilərilə bağlı fikirlərini bölüşüb.

Teleqraf.com-un məlumatına görə, Ə.Məsimli qeyd edib ki, baş tutan seçkilərlə Ukraynada həyəcanın birinci mərhələsi başa çatıb: "Poroşenko ökənin prezidenti seçildi. Ağır itkilər hesabına başa gələn bu qələbə yeni prezidentin üzərinə böyük məsuliyyət qoyur. Ukrayna Azərbaycana dost ölkədir. Bir sıra hallarda sevinci-sevincimiz, kədəri-kədərimiz olur. Qarşıda demokratik və azad vətəndaş cəmiyyətinin yaradılması kimi çətin yol durur. Bu yolda Ukrayna xalqına başarılar arzulayırıq".

Ayxan