Quldurluq edən dəstə zərərsizləşdirildi

8 İyul 2015 14:44 (UTC+04:00)

Bakının Nizami rayonunda quldurluq edən mütəşəkkil dəstənin üzvləri həbs edilib.

Nizami Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər sakini Elvin Həsənov quldurluqla üzləşib.

Nizami rayonu ərazisində şəxsiyyəti məlum olmayan 3 nəfər Elvin Həsənovu bıçaqla hədələyib və 5 manatını alıb. Elvin Həsənov quldurluqla üzləşməsi ilə bağlı 23-cü polis bölməsinə şikayət edib.


Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şirvan şəhər sakinləri Səməd Günəşov, Seyidağa Həsənli və Əli Əliyev tutulublar.

Hacı Zeynalov