Mədəniyyət və Turizm Nazirliyinə aid binada yanğın

9 İyul 2015 09:25 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyinə aid binada yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda Mədəniyyət və Turizm Nazirliyinin hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 500 kv.m olan (hər mərtəbəsi 250 kv.m) mədəniyyət evinin 2-ci mərtəbəsində bir otağın döşəməsi 10 kv.m sahədə yanıb.

Mədəniyyət evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.