Britaniya Nümayəndələr Palatası Saakyanı qəbul etməyib

9 İyul 2015 17:11 (UTC+04:00)

"Böyük Britaniya parlamentinin Nümayəndələr Palatası işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin separatçı rejiminin başçısı Bako Saakyanı qəbul etməyib".

Bu barədə Trend-ə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə deyib.

Onun sözlərinə görə, bu barədə Böyük Britaniya Nümayəndələr Palatasının İctimai informasiya idarəsinin rəhbəri Mett Ringerin rəsmi məktubunda deyilir: “Böyük Britaniya parlamentinin istənilən üzvü kommersiya məqsədilə parlament binasında yer sifariş edib özəl şəxsləri görüşlərdə iştirak etməyə və ya çıxış etməyə dəvət edə bilər. Çox güman ki, Bako Saakyanla bağlı məsələ də məhz belə olub”.