Çin Azərbaycanın ŞƏT-də iştirakını alqışlayır

10 İyul 2015 15:24 (UTC+04:00)

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Azərbaycan, Ermənistan, Belarus, Kamboca və Nepalın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətində iştirakını alqışlayıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

S.Cinpin ŞƏT ölkələrinin Dövlət Başçıları Şurasının birgə iclasında çıxışı zamanı bildirib: “Təşkilatın müşahidəçi ölkəsi kimi Belarusu, dialoq tərəfdaşı kimi Azərbaycan, Ermənistan, Kamboca və Nepalı alqışlayırıq”.