Rusiyanın 40 hərbi maşını Ukraynaya girir – Son dəqiqə

26 May 2014 23:56 (UTC+04:00)

Bu dəqiqələrdə Rusiya istiqamətindən içərisi döyüşçülərdən ibarət 40 hərbi maşın Donbasın "Dmitrovka" keçid məntəqəsindən Ukrayna ərazisinə keçməyə hazırlaşır.

Teleqraf.com bildirir ki, xəbər verir ki, bu barədə Ukrayna Sərhəd Xidmətinin mətbuat katibliyi məlumat yayıb. Xəbərdə deyilir ki, avtomobil karvanı sərhəddin düz 10 km-nə qədər yaxınlaşıb.


Xidmətin yaydığı məlumatda həmçinin bildirilir ki, avtomobillərin Ukrayna ərazisinə soxulmaması üçün rəsmi Kiyev bütün diplomatik vasitələrə əl atıb.