Diplomatlar İran üzrə razılaşmaya iyulun 12-də nail olmaq niyyətindədir

12 İyul 2015 08:45 (UTC+04:00)

İranın nüvə proqramı üzrə danışıqların iştirakçıları razılaşmaya iyulun 12-də nail olmaq niyyətindədirlər. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə İran XİN-dəki mənbə bildirib.


““Altılıq” və İran böyük səylə çalışır. Tərəflər artıq iyulun 12-nə razılaşmaya nail olmağa çalışırlar”, deyə diplomat bildirib.


Bundan əvvəl Fransa XİN rəhbəri Loran Fabius İranın nüvə proqramı üzrə danışıqlarda həlledici məqamın yetişdiyini bildirib.