İspaniyada hava şarı yerə düşüb, ölən var

12 İyul 2015 16:07 (UTC+04:00)

İspaniyanın İqualada şəhərində (Barselona, Katalonya) Avropa hava şarları festivalında şarın yerə düşməsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbər əsasən, şar enmə zamanı yerə düşüb. Yaralanan 6 nəfərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralananlar xəstəxanalara çatdırılıb.