Luis Suares FİFA-nın ondan üzr istəməsini tələb edir

12 İyul 2015 17:51 (UTC+04:00)

İspaniyanın "Barselona" klubunun uruqvaylı forvardı Luis Suares növbəti dəfə qalmaqallı diskvalifikasiyası mövzusuna toxunub.

"Barselona"nın futbolçusu FİFA-nın ondan üzr istəməsini tələb edir.

Teleqraf.com xəbər verir ki, o, FİFA-nın onu dörd ay rəsmi oyunlardan uzaqlaşdırılması ilə bağlı qərarının düzgün olmadığını deyib.

"Bilirəm ki, düzgün etməmişəm. Ancaq səhvimi başa düşdüm və hərəkətimə görə üzr istədim. FİFA bunu nəzərə almalı idi. Mənə qarşı ədalətsiz qərar verildi”.

Xatırladaq ki, Suares “DÇ-2014”də İtaliya millisinin müdafiəçisi Corc Kyellinini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılmışdı.