“Don Kixot” Şəki teatrında

12 İyul 2015 22:25 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı yeni mövsümdə Migel de Servantesin “Ağıllı zadəgan - Don Kixot” romanı əsasında M.Bulqakovun səhnələşdirdiyi “Don Kixot” tamaşasını repertuarına daxil edəcək.

Teatrdan Teleqraf.com-a bildirilib ki, Əbülfət Salahovun quruluş verdiyi tamaşada əsas rolları Xanlar Həşimzadə, İqrar Salamov, Çinarə Səmədova və başqaları oynayacaqlar.

Tamaşanın baş rejissoru əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.