Kanalizasiya qapaqlarını kim oğurlayır?

15 İyul 2015 08:17 (UTC+04:00)

Praqada Ətraf Mühiti Mühafizə Nazirliyi metal qırıntısı qəbul edən bütün məntəqələrdə videomüşahidə kameraları quraşdırılmasına nail olmaq niyyətindədir.

Nazirliyin fikrincə, bu yolla kanalizasiya lükləri qapaqlarının və həqiqi təkrar xammalla heç bir əlaqəsi olmayan digər metalların oğurlanmasının qarşısını almaq mümkün olacaq. Müşahidə kameralarının məcburi quraşdırılması, Ekologiya Nazirliyinin planlaşdırdığı kimi, 2017-ci ildən tətbiq ediləcək.

Metal qırıntısının toplanması və emalı ilə məşğul olan sahibkarlar Ətraf Mühiti Mühafizə Nazirliyinin ideyasına qarşı çıxırlar. Məsələn, Təkrar Xammalı Satınalanlar və Emaledənlər İttifaqının sədri Pyotr Miller belə hesab edir ki, müvafiq texnikanın alınması və quraşdırılması üçün əlavə xərclər xammal tullantılarını qəbul edən bir sıra məntəqələrinin ləğvinə səbəb ola bilər.