Bakıda avtobus yandı

19 İyul 2015 11:51 (UTC+04:00)

Bakıda avtobus yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda "DAEWOO" markalı avtobusun arxa təkəri yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.