Röyter: Türkiyədəki terroru İŞİD tərəfdarı olan 18 yaşlı qız törədib

20 İyul 2015 18:15 (UTC+04:00)

Türkiyənin Şanlıurfa bölgəsindəki Suruç şəhərində baş verən və bütün ölkəni sarsıdan canlı bomba hücumunda 28 nəfər dünyasını dəyişib.

Teleqraf.com-un xəbərinə görə, "Hürriyet" qəzeti terroru İŞİD tərəfdarı olan 18 yaşlı qızın törətdiyini bildirib. "Röyter" agentliyi də türk yetkililərə istinadən terror aktını İŞİD-in törətdiyi barədə xəbər yayıb.