Vitse-prezident ictimaiyyət qarşısına üzü göyərmiş halda çıxdı

21 İyul 2015 11:21 (UTC+04:00)

ABŞ-ın vitse-prezidenti Co Bayden iti ilə oynayarkən yüngül zədə alıb. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə “ABC NEWS” telekanalı xəbər verir.

C.Bayden bazar ertəsi Ağ Evin Şərq zalında əlillərlə bağlı qanun layihəsinin qəbul edilməsinin 25 illiyinə həsr edilmiş ziyafətdə üzü göyərmiş halda iştirak edib. Vitse-prezident ziyafət zamanı çıxış etməyib.

C.Bayden Çempion ləqəbli iti ilə oynayarkın zədə aldığını bildirib.

Telekanal məlumat verir ki, Bayden ailəsinin alman ovçarkası var.