Hüseyn Bağırov mətbuat təmsilçilərinin peşə bayramını təbrik etdi

22 İyul 2015 10:56 (UTC+04:00)

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mətbuat nümayəndələrinin peşə bayramını təbrik edib.

Teleqraf.com-un məlumatına görə, nazir Kütləvi İnformasiya Vasitələrinin ölkəmizin sosial-iqtisadi cəhətdən qüdrətlənməsi yolunda bundan sonra da uğurlu fəaliyyət göstərməsini arzulayıb.

Nazir bildirib ki, 140 il əvvəl, 22 iyulda Azərbaycanda dövri mətbuatın əsasını qoymuş “Əkinçi” qəzetinin nəşri ilə əlaqədar olan bu tarix hər birimiz üçün əlamətdardır.

“Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız 140 illik tarixi ərzində çətin və şərəfli yol keçib, ağır sınaqlarla üzləşərək bu günə gəlib çatıb. Bu əlamətdar tarixin qeyd olunması artıq bir ənənəyə çevrilib. İnanırıq ki, bütün media nümayəndələri jurnalistikamızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara daim sadiq qalacaq, Zərdabi yolunu ləyaqətlə davam etdirəcəklər.

22 iyul Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrini təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə yeni-yeni uğurlar arzulayırıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Sizin bizə olan diqqətinizi, bizimlə əməkdaşlığa verdiyiniz önəmi, o cümlədən ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və davamlı inkişafin təmin edilməsi sahəsindəki xidmətlərinizi daim yüksək qiymətləndirir və təqdir edir.

Sizi bir daha təbrik edir və Kütləvi İnformasiya Vasitələrinin ölkəmizin sosial-iqtisadi cəhətdən qüdrətlənməsi yolunda bundan sonra da uğurlu fəaliyyət göstərməsini arzulayırıq.