Millət vəkili jurnalistləri təbrik etdi

22 İyul 2015 15:51 (UTC+04:00)

Millət vəkili Fuad Muradov Milli Mətbuatın 140 illiyi münasibətilə Azərbaycanın KİV nümayəndələrini təbrik edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə millət vəkili sosial şəbəkədə öz səhifəsində qeyd edib: “Azərbaycan mətbuatının 140 illiyi münasibətilə jurnalistləri, redaktorları və mətbuat işçilərini ürəkdən təbrik edirəm! Onlara uğur, ailə xoşbəxtliyi və can sağlığı arzulayıram. Azərbaycanın bugün müstəqil, güclü dövlət olmasında onların da zəhməti var. Uzun illərdir, dostluq etdiyim və bu gün artıq gənc olmayan media nümayəndələrini xüsusi təbrik edirəm”.

Qeyd edək ki, bu gün millət vəkili Fuad Muradovun da doğum günüdür.

BƏXTİYAR