Angela Merkel LGBT jurnalında

22 İyul 2015 22:20 (UTC+04:00)

Almaniya kansleri Angela Merkel cinsi azlıqlar - lezbiyan, gey, biseksual və transgenderlər (LGBT) üçün jurnalın reklam personajı olub.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, jurnalın çarxında A.Merkelə bənzəyən baş qəhrəman gənc qız sevgilisi ilə öpüşür.

Fonda isə avropalıların 60 faizinin geylərin nikahını dəstəklədiyi barədə radioreportaj səslənir.

A.Merkelə bənzəyən qadın təəssüflə başını yelləyir. Bu zaman onu arxadan bir qadın qucaqlayır və onlar öpüşməyə başlayırlar.

Qeyd edək ki, federal kansler bundan əvvəl eynicinsli nikahlara qarşı çıxış etmişdi.