Dəhşətli istilər gəlir

24 İyul 2015 12:56 (UTC+04:00)

İyulun 27-dən başlayaraq, Azərbaycan ərazisində havaların daha da isti keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub -şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güeclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

A.Verdiyev deyib ki, iyulun 25-26-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu 30-36 dərəcə arasında dəyişəcək. İyulun 27-də isə temperature 31-36 dərəcə olacağı gözlənilir. Lakin iyulun 27-dən sonra daha yüksək temperaturlar qeydə alınacaq.

Azərbaycanda həmin günlərdə daha yüksək temperatur- 40 dərəcə istinin Aran rayonları və Naxcıvan Muxtar Respublikasında müşahidə ediləcəyi gözlənilir.