ABŞ-da kinoteatrda faciə: silahlı şəxs 3 nəfəri öldürdü, 7-ni yaraladı

24 İyul 2015 15:06 (UTC+04:00)

ABŞ-ın Luiziana əyalətində silahlı şəxs film nümayişi zamanı ayağa qalxaraq salonda atəş açıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Cinayətkarın daha sonra silahı ilə intihar etdiyi açıqlanıb.

AFP-nin məlumatına görə, cinayətkar 58 yaşlı ağ dərili olub.

Şahidlər hadisənin Lafayeti şəhərindəki "Grand 16" kinoteatrında baş verdiyini deyib.

Polis verdiyi açıqlamada yaralanan yeddi nəfərdən heç birinin yarasının həyatı təhlükəsi olmadığını açıqlayıb.

Rüstəm