Keçmiş şirkət rəhbəri Nabranda qəza törədib: ölən var

25 İyul 2015 14:24 (UTC+04:00)

Xaçmaz rayonunun Nabran kəndində Bakı şəhər sakinləri Elsevər Həsrətovun idarə etdiyi “Mercedes” və Hüsaməddin Allahverdiyevin idarə etdiyi “Lada Vesta” markalı avtomobillər toqquşub.

“Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində H.Allahverdiyevin sərnişini Laləzar Məmmədova hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəza iştirakçısı olan avtomobillərdən birinin sürücüsü - Hüsaməddin Allahverdiyev bir il əvvələ qədər şirkətlərdən birinin direktoru olub.