PKK rəhbəri məhv edildi

26 İyul 2015 08:03 (UTC+04:00)

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Kürd Fəhlə Partiyasının başçısını məhv edib. Bu barədə Trend “Milliyet” qəzetinə istinadən məlumat verir.

Partiya başçısı Önder Aslan İraqın şimalında hava qüvvələrinin bombardumanı nəticəsində məhv edilib.