4-cü mərtəbədən yıxıldı, sağ qaldı

27 İyul 2015 09:37 (UTC+04:00)

Bakıda 4-cü mərtəbədən yıxılan şəs sağ qalıb.


Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindəki mənzilinın eyvanından yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər vətəndaşa müvafiq köməklik göstərərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:21-də başa çatıb.