Piylənmənin qarşısını almaq üçün fərqli üsul

28 İyul 2015 22:36 (UTC+04:00)

Meksikanın paytaxtı Mexikoda piylənmənin qarşısını almaq üçün fərqli üsul tətbiq olunur.

Paytaxtın metro stansiyalarının qarşısında quraşdırılan qurğunun önünə keçərək on dəfə əyilib qalxma hərəkəti edən vətəndaşlara pulsuz metro bileti verilir.

Dünyada əhalinin piylənməsinə görə ikinci yeri tutan Mexikoda bu üsula əhali arasında maraq artıb. Vətəndaşların daha çox maraq göstərdiyi tətbiqin gələcəkdə geniş yayılması planlaşdırılır. Əhali düşünür ki, bu üsul vaxtında müalicə edilmədiyində ağır fəsadlar yaradan bu xəstəliyə qarşı mübarizədə faydalı olacaq.