Dülgərin barmaqları dəzgahda qalaraq kəsilib

29 İyul 2015 19:11 (UTC+04:00)

Bərdədə dülgərin barmaqları dəzgahda qalaraq kəsilib.

"Report"un məlumatına görə, hadisə taxta-şalban bazarında fəaliyyət göstərən sexdə baş verib.

Qapı-pəncərə ustası olan Ağdam rayon sakini İlham Fərmanovun əli ehtiyatsızlıqdan dəzgaha ilişib. Bu zaman dəzgahın mişarı onun iki barmağını aparıb.

Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.