Arda Turan sıradan çıxdı

31 İyul 2015 19:33 (UTC+04:00)

"Barselona"nın yeni transferi Arda Turan məşq zamanı zədələnib.

Qol.Az-ın məlumatına görə, klubdan verilən açıqlamada türkiyəli futbolçunun sağ ayağından zədə aldığı bildirilib:

"Arda sağ ayağından zədələnib. Onun yaşıl meydanlardan nə qədər uzaq qalacağına aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək".

Qeyd edək ki, bu yay "Atletiko"dan "Barselona"ya transfer olunan Arda Kataloniya təmsilçisinə qoyulan qadağaya görə yanvar ayına qədər komandasına kömək edə bilməyəcək.