Ukrayna ordusu irimiqyaslı əməliyyata başladı

29 May 2014 13:49 (UTC+04:00)

Ukrayna ordusu Slavyansk və Kramatorsk şəhərlərində irimiqyaslı anti-terror əməliyyatlarına başlayıb.

Axar.az xəbər verir ki, əməliyyatlar zamanı aviasiya və ağır artilleriyadan istifadə olunur.

Yerli sakinlərin sözlərinə görə, separatçıların mövqeləri havadan vurulur, eyni zamanda “Qrad” qurğuları mütəmadi olaraq güclü zərbələr endirir.