Moskvada miqrantlar arasında qanlı dava - VİDEO

29 May 2014 22:57 (UTC+04:00)

Hər tərəfdən təxminən 50-yə yaxın cavan oğlan əllərində çəkiclərlə bir-birinə hücum edib. Moskvada özbək və tacik miqrantlar arasında düşmüş kütləvi davanın lent yazısı internetə yerləşdirilib.

Teleqraf.com bildirir ki, son 1-2 gündə düşmüş davada hər tərəfdən təxminən 50-yə yaxın cavan oğlan Moskva-Sitidə əllərində çəkiclərlə davaya çıxıblar. İş geyimlərindən tikintidə işlədikləri anlaşılan gənclər çəkiclərlə bir-birlərinin başlarına zərbələr endirir. 5-6 nəfərin bir nəfərə ölümcül zərbələr vurduğu da açıqca müşahidə edilir.

Yaxınlıqdan avtomobillər keçsə də sürücülər sürətlə hadisə yerindən uzaqlaşır. Hadisə yerinə polis gəlməyib.