Avropa çempionatında bizimkilər də “fit çalacaq”

2 Sentyabr 2015 10:19 (UTC+04:00)

FIFA referisi Orxan Məmmədovla referi köməkçisi Yaşar Abbasov yeni beynəlxalq təyinat alıblar.

Publika.az xəbər verir ki, hər iki hakim 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda iştirak edəcəklər.

Avstriya, Serbiya, Litva və Lüksemburq komandalarının yer aldığı bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda keçiriləcək.