Türkiyəni alov bürüdü – SON DƏQİQƏ

10 Sentyabr 2015 18:03 (UTC+04:00)

Türkiyədə Tuzla Piyada məktəbinin yerləşdiyi meşədə yanğın başlayıb.

Publika.az xəbər verir ki, hazırda davam edən yanğının söndürülməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, eyni ərazidə dünən axşam saat 23:00 radələrində də yanğın olmuşdu. Lakin müdaxilədən sonra yanğının qarşısı alınmışdı. Bu gün eyni bölgəni yenidən alov bürüyüb. Eyni bölgədə 15 gün öncə də yanğın baş vermişdi.