Yaşar Cəlilov: “Yerlibazlıq edənləri sevmirəm” - VİDEO

14 Sentyabr 2015 16:31 (UTC+04:00)

Müğənni Yaşar Cəlilov yeni “Bakı” adlı mahnısını dinləyicilərin ixtiyarına verib.

Teleqraf.com-un məlumatına görə, mahnının sözləri Vüqar Bakılı, musiqisi Fuad Qasımov, aranjemanı Tərlan Məmmədhüseynova məxsusdur. Y. Cəlilov yeni mahnısı haqqında bunları deyib: “Azərbaycanımızın hər guşəsi mənə əzizdir. Ayrıseçkilik salan, yerlibazlıq edən, “sən haralısan?” soruşanları da sevmirəm. Bakı paytaxtımızdır. Azərbaycanla tanışlıq Bakıdan başlayır. Özüm də Bakıda doğulduğum üçün mahnı çox xoşuma gəldi”.

Müğənninin yeni mahnısını təqdim edirik:

Rəqsanə