Əfsanəvi film ulduzları Bakıda qonaq oldu

30 May 2014 23:59 (UTC+04:00)

Bakıda festival filmlərinin nümayiş olunacağı fərqli kino klub açılıb.

Axar.az”ın açılış mərasimində olan əməkdaşının verdiyi xəbərə görə, mayın 28-də “Beer Hall”da keçirilən açılış mərasiminə ölkənin tanınmış ictimaiyyət və incəsənət adamları qatılıb.

Qonaqların arasında tarixçi alim Cəmil Həsənli, tanınmış aktyorlar İntiqam Soltan və İlqar Cahangir, yazıçılar Pərviz Cəbrayıl, Elxan Elatlı və Rasim Qaraca, məşhur teleaparıcı İlkin Həsənli, kinoşünas Aygün Aslanlı, Kukla teatrının rəhbəri Qurban Məsimov, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı, rejissor Cavid Təvəkkül, tanınmış kinematoqraf Əliİsa Cabbarov, tanınmış politoloq Hikmət Hacızadə, ssenarist və prodüsser İradə Bağırzadə iştirak edib.

Mərasimdə yerli qonaqlarla bərabər xarici film əfsanələri də “iştirak” edib. Onların arasında Elvis Presli, Marlin Monro, Çarli Çaplin, Kleopatra, Ceyms Bond, Audri Hepburn kimi dünya filminin əfsanəvi ulduz və obrazları da olub. Tədbir təkilatçıları yerli aktyorları qrim edərək adları çəkilən dünya ulduzlarına bənzədib.

Kino klubun təsisçisi Tural Qurbanlı bildirib ki, klub iyun ayının ortalarından etibarən fəaliyyətə başlayacaq.